Yığmamız Moldovaya məğlub oldu

 Yığmamız Moldovaya məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.

" Mediasport" xəbər verir ki, Kişinyov şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz turnir çərçivəsində daha iki oyun keçirəcək.


09.09.2026, saat 14:30 (Bakı vaxtı)

Moldova U-18 – Azərbaycan U-17

“Technical Center of FAM”


11.09.2026, saat 14:30 (Bakı vaxtı)

Latviya U-17 – Azərbaycan U-17

“Technical Center of FAM”