DÇ-2026: Meydan sahibi millinin yekun heyəti məlum oldu - SİYAHI

DÇ-2026: Meydan sahibi millinin yekun heyəti məlum oldu - SİYAHI

Bu yay futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən Kanadanın milli komandasının yekun heyəti açıqlanıb.

Baş məşqçi Cessi Alan Marş düşərgəyə 26 oyunçu cəlb edib.

Mundialı ABŞ və Meksika ilə birgə təşkil edəcək Kanada B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə seçmələrinə qarşı mübarizə aparacaq.

Tarixdə ilk dəfə 48 millinin iştirakı ilə baş tutacaq DÇ 11 iyun - 19 iyul aralığında reallaşacaq.


Qapıçılar: Maksim Krepo ("Orlando Siti"), Ouen Qudman ("Kristal Pelas"), Deyn Sent-Kler ("İnter Mayami");

Müdafiəçilər: Zorhan Bassonq ("Sportinq Kanzas Siti"), Moyze Bombito ("Nitsa"), Derek Kornelius ("Olimpik" Marsel), Alfonso Deyvis ("Bayern"), Lyuk de Fujerol ("Fulhem"), Alister Conston ("Seltik"), Alfi Cons ("Middlsbro"), Ceymi Nayt-Lebel ("Bristol Siti"), Riçi Laryi ("Toronto"), Ralf Priso ("Uaytkeps"), Niko Siqur ("Hayduk"), Coel Uoterman ("Çikaqo Fayr");

Yarımmüdafiəçilər: Əli Əhməd ("Norviç Siti"), Teycon Bükenen ("Vilyarreal"), Matye Şuanyer ("Los Anceles"), Stiven Eştakiu ("Portu"), Marselo Flores ("UANL Tiqres"), İsmael Kone ("Sassuolo"), Liam Millar ("Hall Siti"), Ceyden Nelson ("Ostin"), Xonatan Osorio ("Toronto"), Natan-Dilan Saliba ("Anderlext"), Ceykob Şaffelburq ("Los Anceles");

Hücumçular: Conatan David ("Yuventus"), Promis David ("Yunion Sent-Jiluaz"), Deniel Cebbison ("Bornmut"), Kayl Larin ("Malyorka"), Tani Oluvaseyi ("Vilyarreal"), Ceysen Rassel-Rou ("Tuluza").

Mediasport.com.az