Azərbaycan milli komandasının üzvü sabiq klubuna geri qayıtdı
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi “Qəbələ” klubundan Emil Süleymanovu transfer edib.
Yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
U-21 milli komandamızın 22 yaşlı üzvü 2025-ci ildə şimallıların heyətinə məhz "şirlər"dən qoşulmuşdu.
O, "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.


