Kehat üçün mövsüm başa çatdı

 Kehat üçün mövsüm başa çatdı

Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən “Sumqayıt”ın futbolçusu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.

Klubdan "Mediasport"a bildirilib ki, axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.

Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək.

O, ən azı mövsümün sonuna qədər “Sumqayıt”a kömək edə bilməyəcək.