Bu iki komanda yeni mövsüm Premyer Liqada yarışacaq - RƏSMİ

Bu iki komanda yeni mövsüm Premyer Liqada yarışacaq - RƏSMİ

İngiltərənin səviyyəcə ikinci liqası sayılan Çempionşipdən Premyer Liqaya vəsiqə qazanan iki komandanın adı məlum olub.

"Mediasport" xəbər verir ki, "Lids Yunayted" və "Börnli" 2025/2026-cı illər mövsümündə elitada mübarizə aparacaq.

Bu, liqada sona iki tur qalmış dəqiqləşib. 44-cü turu qələbə ilə başa vuran kollektivlər aktivlərində 94 xalla ən yaxın izləyiciləri "Şeffild Yunayted"i 8 xal qabaqlamağa müvəffəq olublar.

Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək 3-cü klubun kimliyi 3-6-cı yerləri tutan komandalar arasında keçiriləcək pley-off qarşılaşmaları ilə müəyyənləşəcək.