"Qarabağ" azarkeşlərinin diqqətinə!
Sabah Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Sabah"la qarşılaşacaq "Qarabağ" oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu stadiona girişin hər bir halda biletlə mümkün olacağını açıqlayıb.
"Atlılar"ın xanım azarkeşləri və stadiona "Qarabağ" forması ilə gələcək fanatlar əvvəldən qeyd edilən ünvanlardan pulsuz biletləri əldə etməlidirlər.
Biletləri 17-18 aprel tarixlərində Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və klubun "Park Bulvar" AVM-nin 2-ci mərtəbəsində yerləşən fanşopundan əldə etmək mümkündür.
Qeyd edək ki, görüş saat 19:30-da başlanacaq.
