"Qarabağ" Çempionlar Liqasına darmadağınla başladı - YENİLƏNDİ

 "Qarabağ" Çempionlar Liqasına darmadağınla başladı - YENİLƏNDİ

UEFA Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" qitənin bir nömrəli klub yarışında mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin ilk görüşünü səfərdə keçirib.

Ağdam klubu İrlandiya səfərində darmadağınla qələbə qazanıb.

Cavab oyunu bir həftə sonra Bakıda reallaşacaq.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyun


"Şelburn” (İrlandiya) - “Qarabağ” (Azərbaycan) 0:3

Qollar: Leandro Andrade, 11, Aleksey Kaşşuk, 81, Nəriman Axundzadə, 85.

Baş hakim: Ante Çulina (Xorvatiya)

Dublin. "Tolka Park".

"Şelburn": 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko.

Baş məşqçi: Cosef O'brayn.

"Qarabağ": 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.