"Qarabağ"dan Əlcəzair klubuna yollanan Redon Cica geri qayıtdı

"Qarabağ"dan Əlcəzair klubuna yollanan Redon Cica geri qayıtdı

2025-ci ilin iyulunda "Qarabağ"dan ayrılaraq Əlcəzairə yollanan Redon Cica vətəni Albaniyaya qayıdıb.

"Mediasport" xəbər verir ki, "Beluizdad"ın formasını geyinən hücumçu “Tirana”ya keçib.

Forvard paytaxt təmsilçisində 6 aylıq icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, Ağdam klubunda əsas heyətə düşə bilməyən Cica 2023-cü ildən "atlılar"ın heyətində 51 oyun keçirib.