“Neftçi” – “Qarabağ” oyununda anşlaq olacaq: 6 min bilet satıldı

“Neftçi” – “Qarabağ” oyununda anşlaq olacaq: 6 min bilet satıldı

Sabah Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçına satılan bilet sayı açıqlanıb.

"Mediasport" xəbər verir ki, "Palms Sports Arena"da baş tutacaq qarşılaşma üçün artıq 6000 bilet alınıb.

Bilet satışı davam edir.

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionuun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

Xatırladaq ki, arenanın azarkeş tutumu 11 min nəfərlikdir və sabahkı oyun üçün satışa 9 min bilet çıxarıldığı bildirilir.

Görüş saat 19:00-da start götürəcək.