"Məktəbli Kuboku" turnirinin final mərhələsinin oyunları keçiriləcək
Sabah AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Məktəbli Kuboku" turnirinin final oyunları keçiriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlar arasında yarışların həlledici matçları baş tutacaq.
Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçiriləcək.
"Məktəbli Kuboku"
Final mərhələsi
5-ci sinif (qızlar)
14:00. Naftalan şəhərinin İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbi - Nəsimi rayonunun Samir Hacıyev adına 5 saylı tam orta məktəbi
5-ci sinif (oğlanlar)
15:00. Şəmkir şəhərinin Məhəmməd Füzuli adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyi - Suraxanı rayonunun S.Sani Axundov adına 172 saylı məktəbi
7-ci sinif (oğlanlar)
16:00. Zaqatala rayonunun Sumaylı kənd tam orta məktəbi - Saatlı rayonunun Nəsimikənd tam orta ümumtəhsil məktəbi


