"Qarabağ" İspaniyaya yollandı

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turu çərçivəsində qarşılaşacağı "Atletik"lə matç üçün İspaniyaya yollanıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Bakı vaxtilə saat 18:00-da Pireney yarımadasına yola düşüb.
Xatırladaq ki, oktyabrın 22-də "San Mames"də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.