UEFA Çempionlar Liqası: "Qarabağ" Macarıstana yollandı - FOTOLAR

UEFA Çempionlar Liqası: "Qarabağ" Macarıstana yollandı - FOTOLAR

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la ilk matçını səfərdə keçirəcək "Qarabağ" Macarıstana yollanıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu bu axşam oyunun baş tutacağı arenada məşqə çıxacaq.

Sabah Budapeştdə reallaşacaq duel Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Komandalar avqustun 26-da Bakıda cavab qarşılaşmasına çıxacaqlar.