"Qarabağ" "Napoli" ilə oyuna bilet almış azarkeşlərinə müraciət etdi

"Qarabağ" "Napoli" ilə oyuna bilet almış azarkeşlərinə müraciət etdi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci tur görüşü üçün "Napoli"nin qonağı olacaq “Qarabağ” azarkeşlərinə müraciət edib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu bu barədə sosial şəbəkə hesablarında post paylaşıb:

“Stadio Diego Armando Maradona”da oyuna giriş üçün vauçer əldə etmiş azarkeşlər qeydiyyat zamanı yazdıqları imeyl ünvanlarını mütləq yenidən yoxlasınlar. İmeyl adreslərinə girişdə problem yaşayan azarkeşlərimizin “iTicket.az” ilə əlaqə saxlaması mütləqdir:

+994 12 424 24 24

info@iticket.az”

Qeyd edək ki, matç sabah yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr 00:00) start götürəcək.