"Qarabağ"ın AL və KL-də potensial rəqibləri müəyyənləşdi - Püşk atıldı

"Qarabağ"ın AL və KL-də potensial rəqibləri müəyyənləşdi - Püşk atıldı

Növbəti mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın yarışın II təsnifat mərhələsindəki potensial rəqibi məlum olub.

"Mediasport" xəbər verir ki, "Qarabağ" ilk raundda "Vestri"ni (İslandiya) mübarizədən kənarlaşdırsa, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Atlılar" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində məğlub olacağı təqdirdə, mübarizəni UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək.

Ağdam təmsilçisinin bu turnirdə potensial rəqibləri "Rapid" (Vyana, Avstriya), "Jalgiris" (Litva), "Hibernian" (Şotlandiya), həmçinin "Qlentoran" (Şimali İrlandiya) - RFS (Latviya) və "Petrovaç" (Monteneqro) - "Hradeç" (Kralove) cütünün qalibi olacaq.

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.