"Şəfa" son yoxlama oyunlarında "Qarabağ" və "Neftçi"yə qalib gəldi
“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.
"Mediasport" xəbər verir ki, bir gün ərzində iki görüş baş tutub.
İlk oyunda rəqib “Neftçi-2” olub. “Neftçi” Futbol Mərkəzində təşkil edilən qarşılaşmada “Şəfa” 2:1 hesabı ilə qalib gəlib.
Digər sınaq matçı “Qarabağ-2” ilə reallaşıb. Görüş "Şəfa"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv digər sınaq matçlarında “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.


