"Qəbələ" yaponlarla qarşılaşacaq
"Qəbələ" milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə 2 yoxlama oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, bölgə klubu sentyabrın 27-si "Karvan-Yevlax"la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə üz-üzə gələcək.
Hər iki oyun Qəbələ şəhər stadionunda baş tutacaq.

