DƏQİQLƏŞDİ - "Qarabağ" ya "Şerif", ya da "Makkabi" ilə qarşılaşacaq

DƏQİQLƏŞDİ - "Qarabağ" ya "Şerif", ya da "Makkabi" ilə qarşılaşacaq

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsində mümkün rəqibləri dəqiqləşib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu 2-ci raundu uğurla dəf etsə, növbəti etapda "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Turnirdsə III təsnifat mərhələsinin matçları 6 və 13 avqustda keçiriləcək.

Xatırladaq ki, "atlılar" 2-ci mərhələdə Bolqarıstanın ÇSKA komandası ilə üz-üzə gələcəklər.