Zubirin problemi həll olundu - Yeni klubunda ilk oyununu keçirdi

Zubirin problemi həll olundu - Yeni klubunda ilk oyununu keçirdi

Səudiyyə Ərəbistanının "Əl Uruba" klubuna transfer edilən Abdullah Zubirin lisenziya problemi həll olunub.

"Mediasport" xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu yerli liqa üçün sifariş edilib.

34 yaşlı vinger 1-ci Liqada 4-cü turun "Ciddə" ilə səfər matçının 46-cı dəqiqəsində meydana çıxmaqla debüt edib.

Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, ağdamlıların heyətində 8 il oynamış Zubirin klubu maliyyə təminatına görə onun adını yerli federasiyaya təqdim etdiyi siyahıya sala bilməmişdi.