"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
“Qarabağ” və “Zirə” arasında yoldaşlıq görüşü keçiriləcək
"Mediasport" xəbər verir ki, 2026/2027 mövsümünə hazırlığı davam etdirən komandalar iyunun 20-də qarşılaşacaqlar.
Görüş saat 18:00-da “Azersun Arena”nın məşq meydançasında baş tutacaq.
Yoxlama matçı yalnız media nümayəndələri üçün açıq olacaq.
Oyunu işıqlandırmaq istəyən media nümayəndələrinin stadiona giriş zamanı 2025/2026 mövsümü üçün verilmiş Peşəkar Futbol Liqasının (PFL) akkreditasiya vəsiqəsini təqdim etmələri mütləqdir.


