"Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"

"Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"

"Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim. İndi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram".

"Mediasport" xəbər verir ki, bu sözlər "Qarabağ"dan ayrılan Mateuş Koxalskiyə məxsusdur.

Polşalı qapıçı Ağdam klubu və azarkeşlərlə vidalaşıb. O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:

"Qarabağ" mənə ölkə xaricində ilk macəramı yaşamaq fürsəti verdi. Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq, hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm.

Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam".

Qeyd edək ki, Mateuş Koxalski "Qarabağ"dan Polşanın "Vyeçista" klubuna transfer olunub.