"Qarabağ" UEFA Avropa Liqasında 2-ci mərhələyə vəsiqə qazandı

"Qarabağ" UEFA Avropa Liqasında 2-ci mərhələyə vəsiqə qazandı

Azərbaycanın UEFA Avropa Liqasında təmsilçisi "Qarabağ" yarışın I təsnifat mərhələsində cavab oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası İslandiya səfərində "Vestri" ilə qarşılaşıb.

"Atlılar" Bakıda olduğu kimi, səfərdə də rəqib qapısından 3 cavabsız top keçiriblər.

Komandamızın 2-ci raundda rəqibi Bolqarıstanın ÇSKA kollektivi olacaq. İlk görüş gələn həftə baş tutacaq.


UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunu


"Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan) 0:3 (ilk oyun - 0:3)

Qollar: Jali Muaddib, 5, Pedro Bikalyo, Zakaria Savo, 57.

Baş hakim: Marek Radina

Yan xətt hakimləri: Kamil Hayek, Petr Kotalik

Dördüncü hakim: Daniel Vokoun

VAR hakimi: Tomas Koçurek

AVAR: Ondrey Berka (hamısı Çexiya)