"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı

Gələn həftə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Qarabağ”ın II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab oyununun biletlərisatışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma iyulun 23-də İrlandiyada keçiriləcək.