“Qarabağ”ın Çempionlar Liqasında mümkün ən real rəqibləri bilindi

2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının Çempionlar yolunun ilk iki püşkatma mərasiminə qatılacaq 38 komandadan 32-si müəyyənləşib.
"Mediasport" xəbər verir ki, I təsnifat mərhələsində 28 klub mübarizə aparacaq.
10 kollektiv isə mübarizəyə II raunddan başlayacaq.
Yarışa ikinci təsnifat qoşulacaq Azərbaycan çempionu “Qarabağ” püşkatmada səpələnmişlər sırasında yer alacaq.
Ağdam klubunun ən real mümkün rəqibləri “Pafos” (Kipr) və “Riyeka”dır (Xorvatiya).
Təmsilçimiz 1-ci təsnifat mərhələsində qarşılaşacaq cütlüklərin qaliblərindən biri ilə də qarşılaşa bilər: “Jalgiris” (Litva), RFS (Latviya), “Zrinski” (Bosniya və Herseqovina), “Linkoln” (Cəbəllüttariq), KUPS (Finlandiya), TNS (Uels), “Drita” (Kosovo), “Breydablik” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “Buduçnost” (Monteneqro).
Xatırladaq ki, 2-ci mərhələnin püşkü iyunun 18-də, üçüncü mərhələnin püşkü isə iyulun 21-də atılacaq.
Raundun oyunları 22/23 və 29/30 iyulda keçiriləcək.