"Qarabağ"ın futbolçusu ötənlərin məşhuru Falkaonu geridə qoydu
“Qarabağ”ın futbolçusu Kamilo Duran unikal göstəriciyə imza atıb.
"Mediasport" xəbər verir ki, vinger bu mövsüm UEFA Çempionlar Liqasında ümumilikdə 5 qol və 1 məhsuldar ötürmə ilə ölkəsinin futbol tarixinə düşüb.
O, bir mövsümdə 6 qolda birbaşa iştirak edən yeganə kolumbiyalı ünvanına sahib çıxıb.
24 yaşlı cənubi amerikalı həm də ÇL-də bir mövsümdə 5 qol həddini keçən üçüncü kolumbiyalı olub.
Daha əvvəl həmyerliləri Radamel Falkao (5 qol) və Cekson Martines (8 qol) belə nailiyyət əldə etmişdi.
Cekson Martineslə digər bir kolumbiyalı Luis Dias ümumilikdə Çempionlar Liqasında ölkələri adına ən çox qol (13) vuran futbolçulardır.
