"Qarabağ"ın təşkil etdiyi "Milli Mətbuat 150" turniri yekunlaşdı

 "Qarabağ"ın təşkil etdiyi "Milli Mətbuat 150" turniri yekunlaşdı

“Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən “Milli Mətbuat 150” minifutbol turniri yekunlaşıb.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə çempion və mükafatçılar müəyyənləşib.

"J Yunayted"ə 9:3 hesabı ilə qalib gələn "İnternasional" komandası çempion olub.

"Media Star"ın qapısından 17 top keçirən "CanSports" 3-cü yeri tutub - 17:5.

"Qalaksi" 5-ci, "Futbol+" kollektivi isə turniri 6-cı sırada başa vurub.

Oyunların ardından mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları “Qarabağ” Futbol Klubunun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev təqdim ediblər.

Öncə turnirin ərsəyə gəlməsində dəstək olan tərəfdaşlara xatirə hədiyyələri, turnir iştirakçıları tərəfindən imzalanmış formalar təqdim olunub.

Ardınca görüşləri idarə edən hakimlərə diplom və hədiyyələr verilib.

Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.

“İnternasional” qızıl medallara və kuboka sahib çıxıb, “J United” gümüş, "CanSports” bürünc medallarla təltif olunub.

Turnirin “Ən yaxşı oyunçusu” adına layiq görülən "İnternasional" komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub.

“Ən sərrast oyunçu” mükafatı isə "CanSports" komandasının üzvü Etibar Tağıyevə təqdim edilib.