"Qarabağ" azarkeşlərinə daha bir jest etdi: Forma ilə gəl, pulsuz keç
"Qarabağ" azarkeşlərinə növbəti dəfə jest edib.
"Mediasport" xəbər verir ki, bütün azarkeşlərə Premyer Liqanın 28-ci turunun "Sabah"la oyununu stadiondan pulsuz izləmək imkanı yaradılıb.
Bunun üçün stadiona "Qarabağ" forması ilə gəlmək kifayətdir.
Azarkeşlər, həmçinin 16,17,18 aprel tarixlərində stadionun kassalarından və ya "Park Bulvar" AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" fanşopundan pulsuz bilet əldə etməlidirlər.
Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 19:30-da başlanacaq.
Xatırladaq ki, "Qarabağ" daha əvvəl qadın azarkeşlərinin növbəti dəfə arenaya girişinin pulsuz olacağını açıqlayıb.
