Qubada III "Ulduz Cup" beynəlxalq futbol turnirinə yekun vuruldu

 Qubada III "Ulduz Cup" beynəlxalq futbol turnirinə yekun vuruldu

Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində təşkil olunan III "Ulduz Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, final qarşılamasında Azərbaycanın "Ulduz" Futbol Akademiyası ilə Polşanın "Drukarz" komandası qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

​Üçüncü yer uğrunda oyunda isə "Qarabağ" Özbəkistanın "Paxtakor" komandasına 0:2 hesabı ilə məğlub olub.

​Avqustun 24-dən 27-dək davam edən yarışın bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon ictimaiyyəti və azarkeşlər iştirak ediblər.

Sonda qaliblər mükafatlandırılıblar.

Turnirdə 7 ölkədən 12 komanda mübarizə aparıb.

Yarış uşaq futbolunun inkişafı və beynəlxalq təcrübə qazanılması baxımından mühüm əhəmiyyət daşıyır.