"Qarabağ"ın Avroliqada potensial rəqiblərindən 3-ü məlum oldu

"Qarabağ"ın Avroliqada potensial rəqiblərindən 3-ü məlum oldu

Növbəti mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın potensial rəqiblərindən 3-ü müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu yarışa 1-ci təsnifat mərhələsində başlayacaq.

Qurban Qurbanovun komandası reytinq xalı çox olduğundan püşkatmada səpələnmişlər arasında yer alacaq.

"Atlılar"ın dəqiqləşən mümkün rəqibləri "Derri Siti" (İrlandiya), "Alüminiy" (Sloveniya) və "Vestri" (İslandiya) klublarıdır.

Mərhələnin püşkü iyunun 16-da atılacaq.