"Qarabağ"la "Sabah" gerilədi, "Zirə" və "Neftçi" irəlilədi - REYTİNQ

Avropanın top futbol klublarının reytinq siyahısı yenilənib.
Mediasport.com.az xəbər verir ki, planetin 400 ən yaxşı komandasının yer aldığı siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib.
Ən yaxşı göstəriciyiə malik “Qarabağ” 278 xalla bir pillə geriləyərək 64-cü pilləyə düşüb.
14 xala malik "Zirə" 5 pillə irəliləyib və 286-cı olub.
19 xalı olan "Neftçi" 3 addım yüksəlişlə 254-cü sıraya qalxıb.
"Sabah" isə 15 xalla 2 pillə geriləyib və 278-ci yerə enib.
Reytinqə 2489 xalla Madrid “Real” başçılıq edir.