III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olundu

III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olundu

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 20-ci görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə nazir son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.

Oyunların rəsmi saytı barədə məlumat verildikdən sonra ISF U15 Gimnaziada İdman Oyunlarının və idman veteranlarının təqdimatı olub.

Həmçinin Azərbaycan İdman Akademiyasında tədris proqramları, federasiyaların qiymətləndirilməsi modeli, nümunəvi nizamnamə və strukturla bağlı məsələlərdən danışılıb.

Eyni zamanda, 2026-cı ilin təqvim planı haqqında məlumat verilib.

Sonda “tedbirvar.az” platforması təqdim olunub, federasiyaların sosial media fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.