Elxan Məmmədov Kosta-Rikada meydança açılışında iştirak etdi

 Elxan Məmmədov Kosta-Rikada meydança açılışında iştirak etdi

FİFA Kosta-Rikada “FIFA Arena” layihəsi çərçivəsində minifutbol meydançasının açılışı olub.

"Mediasport" xəbər verir ki, tədbirdə AFFA-nın sabiq baş katibi, FİFA-nın Üzv Assosiasiyalar Bölməsinin direktoru Elxan Məmmədov da iştirak edib.

Meydança Alahuela əyalətində yerləşən Bolivar Texniki Peşə Məktəbində salınıb.

Xatırladaq ki, 2007-2022-ci illərdə AFFA-da çalışmış Elxan Məmmədov 2022-ci ildən FİFA-da işləyir.