"İspaniyanın çempion olmasını daha çox istəyirəm" - VİDEO

"İspaniyanın çempion olmasını daha çox istəyirəm" - VİDEO

"Azarkeşlik etdiyim komandanın - İspaniyanın çempion olmasını daha çox istəyirəm. Mundialda başqa favorit komandalar da var".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis "CBC Sport" kanalına açıqlamasında Dünya Kuboku haqda sualları cavablandırıb.

O, turnirin sürpriz komandasının ABŞ olduğunu hesab edir:

"ABŞ fərqli futbol oynayır. Düzünü desəm, dünya çempionatına çox baxa bilmirəm. Buna səbəb matçların keçirildiyi saatlardır".