Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi
Kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 7 çəki dərəcəsi üzrə 107 cüdoçu mübarizə aparıb.
İlk gündə Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Mədinə Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) qızıl medal qazanıblar.
Ölkə birinciliyinə sabah yekun vurulacaq.
