Liqa yarışının 2-ci turunun mükafatçıları müəyyənləşdi

  Liqa yarışının 2-ci turunun mükafatçıları müəyyənləşdi

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının 2-ci turu start götürüb.

"Mediasport" xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 6 çəki dərəcəsində 245 cüdoçu mübarizəyə qoşulub.

Qızlar -40 kq, -52 kq, -70 kq; oğlanlar isə -50 kq, -66 kq, -90 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdirib. 

Xatırladaq ki, cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır.

U-17 yeniyetmələr arasında Liqa yarışının 2-ci turunun medalçıları:

Qızlar

-40 kq

1. Sofiya Bıkova (Maştağa İK)

2. Ləman Bağırova (Naxçıvan UGİM)

3. Fəridə Rəhimli (Naftalan UGİM)

3. Rəvanə Əliquliyeva (Qəbələ, Bakı)

-52 kq

1. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)

2. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

3. Yağmur Abdullayeva (Arifoğlu İK)

3. Gülnarə Qasımova (Şahin 313 İK)

-70 kq

1. Türkan Məmmədli (Qədiroğlu İK)

2. Zümrüd Əliyeva (RKİM)

3. Lalə Səbziyeva (Sumqayıt şəhəri İOEUGİM)

3. Məleykə Əsədova (Şahin 313 İK)

Oğlanlar

-50 kq

1. Ülvi Cəlilzadə (Neftçi İK)

2. Hüseyn Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Eldar Xəlilov (Goranboy OİK)

3. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

-66 kq

1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Həsən İbadov (Neftçi İK)

3. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)

3. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-90 kq

1. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Munir Əlizadə (Atilla İK)

3. Qədir Umudəliyev (Qədiroğlu İK)