Ruzanna Məmmədova üçüncü dəfə Avropa çempionu oldu!

Ruzanna Məmmədova üçüncü dəfə Avropa çempionu oldu!

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, 62 kq çəki dərəcəsində yarışan istedadlı idmançımız finalda türkiyəli Özdenur Özmezi 6:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Məmmədovanın Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3-cü qitə çempionluğu olub.

Digər təmsilçimiz Zəhra Kərimzadə (72 kq) isə bürünc medal görüşündə türkiyəli İlayda Çinə az fərqlə uduzaraq mükafatsız qalıb - 9:11.