İntizam Komitəsi "Şamaxı" və futbolçusuna ağır cəza verdi

İntizam Komitəsi "Şamaxı" və futbolçusuna ağır cəza verdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 8-ci turunda qeydə alınmış hüquq pozuntuları qiymətləndirilib.

"Şamaxı"nın futbolçusu Abdullahi Şuaybu "Kəpəz"lə matçının 44-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun diskvalifikasiya olunub.

Futbolçu bu hərəkətinə görə klubu 3000 manat ziyana salıb.

Bundan əlavə, həm "Kəpəz", həm də "Şamaxı"nın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün hər iki klub 1500 manat cərimələnib.

Həmçinin 4 futbolçusu sarı vərəqə aldığı üçün "Kəpəz" əlavə olaraq 700 manat ziyana düşüb.

Turun "İmişli" – "Qəbələ" oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Qəbələ" 700 manat cərimələnib.

"Sumqayıt" – "Karvan-Yevlax" görüşü futbolçularının meydana gec çıxması səbəbindən gec başladığı üçün qonaq komanda 3000 manat cərimələnib.