"Sabah" - "Çelye" görüşünə nə qədər bilet satılıb? - Avropa Liqası

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Çelye" (Sloveniya) oyununa satılmış bilet sayı açıqlanıb.
"Mediasport" xəbər verir ki, azarkeşlər Masazır stadionunda keçiriləcək qarşılaşma üçün artıq 5000 bilet alıblar.
Sabah “Bank Respublika Arena”da baş tutacaq görüş saat 20:00-da başlanacaq.
Matçın biletlərini iticket.az saytından, həmçinin stadionun kassalarından əldə etmək mümkündür.