Babək Quliyev Almaniyaya gedir

 Babək Quliyev Almaniyaya gedir

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan dəvət alıb.

"Mediasport" xəbər verir ki, o, Almaniyanın paytaxtı Berlində keçiriləcək hakim-inspektorlar üçün seminara qatılacaq.

Mayın 11-dən 13-dək təşkil olunacaq tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA hakim-inspektorunun iştirakı nəzərdə tutulur.