"Sabah"ın Konfrans Liqası oyunlarının saatları açıqlandı

"Sabah"ın Konfrans Liqası oyunlarının saatları açıqlandı

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək "Sabah"ın II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubu ilə oyunlarının başlanma saatları və görüşləri idarə edəcək hakimlərin adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda reallaşacaq ilk dueldə söz sahibləri israilli hakimlər olacaqlar.

Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı Qal Leyboviç idarə edəcək.

Yan xətt hakimləri kimi Omer Barbiro və Yossi Babayoff işləyəcəksə, dördüncü hakim funksiyasını isə Dekel Zino yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə serbiyalı hakimlərə tapşırılıb.

Baş hakim Danilo Nikoliçə yan xətdə Milan Şutuloviç və İvan Mikalaçki kömək edəcəklər.

İvan Stamenkoviç dördüncü hakim kimi işləyəcək.

Oyun saat 20:00-da başlanacaq.