Şamaxıda final mərhələsi başlanır
Bu gün kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır.
"Mediasport" xəbər verir ki, Şamaxı Olimpiya Mərkəzində keçiriləcək yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Yarışda 57 komandanın 159 boksçusu 18 çəki dərəcəsi üzrə mübarizə aparacaq.
Yarışın baş hakimi Anar Babanlı olacaq.
Qarşılaşmaları yeri ədalət təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Moldova, Qırğızıstan və Özbəkistandan olan beynəlxalq dərəcəli referilər də idarə edəcək.


