Şəhidin xatirəsinə həsr olunmuş turnirdə 250 cüdoçu yarışdı

 Şəhidin xatirəsinə həsr olunmuş turnirdə 250 cüdoçu yarışdı

44 günlük Vətən Müharibəsinin şəhidi İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyi keçirilib.

"Mediasport" xəbər verir ki, turnirdə 2014–2015-ci il təvəllüdlü oğlan və qız cüdoçular mübarizə aparıblar.

Yarışda ümumilikdə 250 cüdoçu iştirak edib.

Medalları Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katibinin müavini və idman direktoru Kamran Talıbov, eləcə də elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev təqdim ediblər.

Turnirin məqsədi şəhid İlqar Hümbətovun əziz xatirəsinin yad edilməsi, yeniyetmələr arasında cüdo idman növünün təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.