SENSASİYA - Paraqvay yığması Almaniyanı DÇ-dən kənarlaşdırdı
Futbol üzrə 23-cü Dünya Kubokunda ilk böyük sensasiya qeydə alınıb.
"Mediasport" xəbər verir ki, Paraqvay milli komandası Almaniya yığmasını pley-off mərhələsində mübarizədən kənarlaşdırıb.
Cənubi amerikalılar 1:1 hesabı ilə başa çatan qarşılaşmanı əlavə vaxta, oradan da penaltilər seriyasına qədər uzadaraq dörqat dünya çempionlarını qapıçı Orlando Hillin möhtəşəm performansı ilə penaltilər seriyasında məğlub ediblər - 4:3.
Qolkiper "lotereya"larda iki zərbəni dəf edib.
Almanların heyətində oyunun bərabərlik qolunun müəllifi Kay Haverts, həmçinin Nik Voltemade və Conatan Ta penaltini qaçırıb.
Beləliklə, Kanada və Braziliya yığmasının ardından Paraqvay futbolçuları da adlarını 1/8 finala yazdırmağa müvəffəq olublar.


