Tarixlərində 5-ci dəfə ölkə Superkubokunun qalibi oldular
Futbol üzrə Yunanıstan Superkubokunun qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, həlledici dueldə “Olimpiakos” və OFI komandaları qarşılaşıblar.
Görüşün əsas vaxtında hesab açılmasa da, Afina təmsilçisi əlavə olunmuş dəqiqələrdə 3 qol vurub - 3:0.
Pireylilər bununla tarixlərində 5-ci dəfə Superkuboku qazanıblar.
