Millinin sabiq üzvü özünü 11-ci mərtəbədən ataraq intihar etdi

 Millinin sabiq üzvü özünü 11-ci mərtəbədən ataraq intihar etdi

Dünya futbolunda faciəvi hadisə yaşanıb.

"Mediasport" xəbər verir ki, bu ilin yanvarından Çinin “Jeijanq" klubunda forma geyinən Aron Bupendza bədbəxt olayın qurbanı olub.

Qabon milli komandasının sabiq hücumçusu yaşadığı Hanjou şəhərində binadan yıxılaraq həyatını itirib.

Bəzi məlumatlara görə, 11-ci mərtəbədən yıxılan 29 yaşlı forvard intihar edib. Araşdırma aparılır.

Xatırladaq ki, kifayət qədər tanınan Bupendza Türkiyənin “Hatayspor” klubundan başqa, Fransada “Bordo”, “Pau”, “Ayaçço”, “Trua”, Portuqaliyada “Farense”, Qətərdə “Əl-Ərəbi”, Səudiyyə Ərəbistanında “Əl-Şəbab”, ABŞ-də “Sinsinnati” və Rumıniyada “Rapid” komandalarında da forma geyinib.