Kristiano Ronaldo vurduğu qolların sayını 945-ə çatdırdı

Kristiano Ronaldo vurduğu qolların sayını 945-ə çatdırdı

Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo karyerası ərzində vurudğu qolların sayını 945-ə çatdırıb.

"Mediasport" xəbər verir ki, 40 yaşlı superulduz formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun heyətində Pro Liqanın 3-cü turunda dubl edib.

"Əl Riyad"ın qapısına iki qol vuran Portuqaliya yığmasının kapitanı 33 və 76-cı dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Ronaldo klub karyerasında 804, millinin heyətində isə 141 qolun müəlifidir.