"Neftçi"nin sonuncu ev oyununun biletləri 1 manatdan satışa çıxarıldı
Mayın 10-da Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azarkeşlər "ağ-qaralar"ın bu mövsüm sonuncu ev oyunununun biletlərini 1 manatdan əldə edə bilərlər.
“VIP Gold” sektoruna biletlərin qiyməti 5 AZN, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorlarına 3 AZN, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə almaq mükkündür.
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Xatırladaq ki, “Palms Sports Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.
