Azərbaycanın UEFA reytinqində mövqeyi "Neftçi"yə görə dəyişdi?
Ötən günün avrokubok oyunlarından sonra Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
"Mediasport" xəbər verir ki, UEFA Konfrans Liqasında təmsilçimiz "Neftçi" Belarusun "Dinamo" komandasına məğlub (2:4) olsa da, ölkə reytinqi 26-cı pillədə qalıb.
Aktivində 20,312 əmsalı olan Azərbaycanı israil qabaqlayır (25-ci yer, 20,750 əmsal".
Xatırladaq ki, avrokuboklarda təmsilçilərimiz ilk tura uğurla başlayaraq, keçirdikləri ardıcıl 7 matçda qalib gəlmişdilər.
Reytinq cədvəlinə 101,852 xalla İngiltərə başçılıq edir.


