14 yaşlı azərbaycanlı Xorvatiya nəhəngindən rəsmi dəvət aldı
Xorvatiyanın "Dinamo" klubu yeniyetmə azərbaycanlı Kamran Babazadəyə rəsmi dəvət göndərib.
"Mediasport" xəbər verir ki, bu barədə 14 yaşlı futbolçunun atası Rəşad Babayev sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, "Dinamo" dəvəti Babazadənin müqavilə ilə məxsus olduğu "Şəfa" klubuna ünvanlayıb.
Rəşad Babayev paylaşımı ilə oğlunun gələcək karyerasına dair Azərbaycan futbol ictimaiyyətindən dəstək istəyib.
Qeyd edək ki, Rəşad Babayev ötən mövsüm 2-ci Liqada çempion olmuş "Xankəndi"nin baş meneceridir.


