Qurbanov ilk dəfə beynəlxalq oyunu idarə etdi - FOTOLAR
Azərbaycanlı FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.
"Mediasport" xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində Niderland – Belarus matçının baş hakimi olub.
Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə həmyerlimiz 3 futbolçuya sarı vərəqə göstərib.
Digər azərbaycanlı hakim Asiman Əzizli görüşdə Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.


