"Zirə"də 4 futbolçunun adı KL-in iştirak ərizəsinə salınmadı

"Zirə"də 4 futbolçunun adı KL-in iştirak ərizəsinə salınmadı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Zirə" II təsnifat mərhələsinin "Hayduk"la (Xorvatiya) oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.

"Mediasport" xəbər verir ki, 21 nəfərlik heyətdə komandadan ayrılacağı gözlənilən Salifu Suma, mövsümlərarası fasilədən sonra düşərgəyə qayıtmayan Rafel Utsiq, yeni transfer Yeqor Boqomolski, həmçinin Eldar Quliyev yer almaylb.

Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva;

Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev;

Yarımmüdafiəçilər: İsmayil İbrahimli, Giorgi Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate;

Hücumçular: Davit Volkov, Martins Junior, Vensan Till, Abdul Aziz Batibie.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 23-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə keçiriləcək.